Rəhbər (jurnal)
"Rəhbər" (jurnal) — 1906-1907-ci illərdə Bakıda nəşr olunan aylıq pedaqoji jurnal.
"Rəhbər" jurnalının ilk nömrəsi 1906-cı il sentyabrın 24-də çıxmışdır. Jurnalın naşiri və redaktoru Mahmud bəy Mahmudbəyov idi. Jurnalın cəmi 5 nömrəsi (1906-cı ildə 4, 1907-ci ildə 1) çıxmışdır. "Molla Nəsrəddin" jurnalı "Bəşarət" felyetonunda "Rəhbər"in məqsəd və məramlarını təqdir etmiş, "İrşad", "Həyat" və "Dəbistan"ın qarşılaşdıqları abunəçi azlığının onu da gözlədiyini əvvəlcədən təəssüf hissi ilə xəbər vermişdir. Jurnal maddi çətinlik üzündən 1907-ci il yanvarın 17-də bağlanmışdır
"Rəhbər" jurnalında təlim-tərbiyəyə, ictimai məsələlərə dair məqalələr, Azərbaycan, rus və dünya ədəbiyyatından nümunələr dərc olunurdu. Jurnalda, həmçinin Rusiya müsəlmanlarının məişətindən, ədəbiyyatdan, üsuli-təlim və tərbiyədən bəhs olunmuşdu. "Rəhbər" əsasən demokratik istiqamətli olmuş, siyasi fikirləri, elmi bilikləri təbliğ etmiş, Azərbaycanda pedaqoji və uşaq ədəbiyyatının inkişafında, ümumtəhsil ideyalarının yayılmasında mühüm xidməti olmuşdur.
Jurnal ilk nömrəsinin baş məqaləsində gələcək proqramı haqqında danışmışdır. Elmin və maarifin inkişafı məsələlərinə xüsusi əhəmiyyət verən jurnal yazırdı:
Sonra jurnal Azərbaycanda belə mənəvi qüvvələrin inkişafına kömək göstərəcəyini bildirir:
Jurnal səhifələrində bir sıra ictimai-siyasi məsələlər qaldırmışdır.